Şamaxı yolunda ağır qəza

Şamaxı yolunda ağır qəza
  25 Aprel 2015    Oxunub:2110
Ağsuda ağır yol qəzası olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şamaxı-Yevlax yolunun 155-ci kilometrliyində, Ağsu rayonu ərazisində "Mercedes" və "Wolksvagen" markalı 2 minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Əməliyyat saat 22:40-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti