Şahin Mustafayev Marqvelaşvili ilə görüşüb

Şahin Mustafayev Marqvelaşvili ilə görüşüb
  28 Oktyabr 2016    Oxunub:1434
Tbilisidə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 28-də Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.
Gürcüstan dövlətinin başçısı deyib ki, ölkələrimiz arasında çox yaxşı münasibətlər var. Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır. Prezident inandığını bildirib ki, bu cür səfərlər əlaqələrimizin bütün sahələrdə inkişafına və strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsinə xidmət edəcək.

Giorgi Marqvelaşvili ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib.

Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin və Baş nazir Artur Rasizadənin salamlarını Gürcüstan dövlətinin başçısına çatdırıb.

Nazir Gürcüstanda parlament seçkilərinin uğurla keçirilməsi ilə əlaqədar təbriklərini çatdırıb və bu seçkilərin xalqın rifah halının yaxşılaşmasına, ölkədə demokratiyanın daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi, müdafiə və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və digər rəsmi şəxslər görüşdə iştirak ediblər. (Azərtac)

AzVision.az


Teqlər:





Xəbər lenti