Şahbaz Quliyev ailəsinə məktub göndərdi
İradə Quliyeva isə düşünür ki, Şahbaz ailəsini narahat etməmək üçün səhətinin həmişə normal olduğunu deyir. Ən son ailəyə yanvar ayında BQXK tərəfindən girovların şəkili gətirilib. Şahbazın anası isə ümumiyyətlə bu günə kimi oğlunun girov düşdüyündən xəbərsizdir.
“Daima Rusyada olubdur, KAMAZ-la gedirdi. Orda işləyirdi, indi deyirik ki, ordadır, işləməyə gedib. Göstərmirik, televizoru da qoymuruq işlətsin”,- deyə Şahbaz Quliyevin bacısı İradə Quliyeva anası barədə danışır.
BQXK-nin Bərdə ofisindən bildirdilər ki, təqribən ayda bir dəfə və ya 6 həftədən bir girovlarla görüş olur. Şahbaz Quliyev və Dilqəm Əsgərovun səhətləri və saxlanma şəraiti komitənin nəzarəti altındadır. (Ans)
AzVision.az