Şagirdlərin internet klublara girişi qadağan oluna bilərmi?

Şagirdlərin internet klublara girişi qadağan oluna bilərmi?
  10 Oktyabr 2015    Oxunub:1553
Bu gün cəmiyyətimizdə mövcud olan, lakin ciddiliyi o qədər də diqqət cəlb etməyən problemlərdən biri də orta məktəb şagirdlərinin internet klublarda saatlarla vaxt keçirməsidir.

Bir müddət öncə orta məktəb şagirdlərinin internet klublara girişinə qadağa qoyulması ilə bağlı təkliflər səsləndirilsə də, bu istiqamətdə müvafiq addımlar atılmadı.

Məsələyə münasibət bildirən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, orta məktəb şagirdlərinin internet klublara getməsinin tamamilə qadağan edilməsi düzgün olmazdı: “Ola bilsin ki, uşaqlar dərslərlə bağlı internetdən hansısa məlumatlar əldə etmək istəyirlər. Amma uşaqları internet klublara müəyyən saatlarda və müəyyən vaxt çərçivəsində buraxmaq olar. Tutaq ki, uşaqların gecə saatlarında internet klublarda nə işi var? Yaxud da ki, internet klublarda saatlarla gedib oturmağın da tərəfdarı deyiləm. Amma bütövlükdə 18 yaşına çatmayan uşaqların internet klublara tamamilə buraxılmaması da doğryu deyil. Uşaqların informasiya almasının böyük bir mənbəyi də internetdir. Ola bilsin ki, hər bir uşağın da evində ya komüter olmasın, ya internet olmasın. Bunu da nəzərə almaq lazımdır”.

Burada ən çox valideynlərin üzərinə məsuliyyət düşür. Valideyin bilməlidir ki, uşağı hara gedir. Ona nəzarət etməlidir. Bu cür yanaşma daha doğru olar nəinki, qanunvericiliklə uşaqların internet klublardan istifadəsinə tamamilə qadağa qoymaq.


Teqlər:





Xəbər lenti