Şagirdlərin aqibəti necə olacaq? - Açıqlama

Şagirdlərin aqibəti necə olacaq? - Açıqlama
  22 Avqust 2014    Oxunub:2091
`20 nömrəli məktəb-liseydə təmir işləri ilə əlaqədar olaraq, adıçəkilən təhsil ocağının ibtidai sinifləri müvəqqəti olaraq 172, yuxarı sinifləri isə 325 saylı məktəblərə köçürüləcək`.
Bunu AzVision.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva deyib.

Onun sözlərinə görə, təmir bitdikdən sonra şagirdlər öz məktəblərinə qaytarılacaqlar:`20 nömrəli məktəb-liseydə təhsil alanların tədris mühitinin daha da yaxşılaşdırılması məqsədilə tədris ocağının yeni tələblər səviyyəsində qurulması üçün əsaslı təmir olunur`

Qeyd edək ki, Bakının ən böyük məktəblərindən biri olan 20 nömrəli məktəb sökülür.

AzVision.az




Teqlər:  





Xəbər lenti