Şagirdlərdən pul yığılması xəbərinə nazirlikdən reaksiya

Şagirdlərdən pul yığılması xəbərinə nazirlikdən reaksiya
  29 Sentyabr 2016    Oxunub:3459
Təhsil Nazirliyi 5 oktyabr -Müəllimlər günü ilə bağlı şagirdlərdən pul yığılması haqda səslənən ittihamlara cavab verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət ValehovAzVision.az-a verdiyi açıqlamada müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatların yayıldığını bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, belə hallar baş verərsə, həmin müəllim və məktəb direktoru cəzalandırılacaq.

“Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan (adı ilə müraciət etməyi biz öyrənməliyik) bizim 146 saylı “qaynar xətt”imizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti