Sezen Aksu səhnədən gedir

Sezen Aksu səhnədən gedir
  17 Sentyabr 2014    Oxunub:1706
Türkiyəli məşhur müğənni Sezen Aksu səhnə fəaliyyətini dayandıracaq. O, Bursa şəhərində verdiyi konsertdə səhnəni tərk edəcəyini deyib.

AzVision.az xəbər verir ki, müğənnilik fəaliyyətinin 39-cu ilini qeyd edən Sezen Aksu səhnə həyatının 40-cı ili tamam olduqdan sonra sənətdən gedəcəyini bildirib.

“Hürriyət” qəzetinin suallarını cavablandıran müğənni bunun ani qərar olmadığını vurğulayıb: “Uzun müddət götür-qoy etdikdən sonra bu qərara gəlmişəm. Bu, 10 ildir düşündüyüm, bəzən də dilə gətirdiyim qərardır. Səhnə həyatımın 40-cı il dönümü üçün Mustafa Oğuzla layihəmiz var, amma detallarını açıqlaya bilmərəm. Həmin laiyhə reallaşdıqdan sonra artıq səhnəyə çıxmayacağam. Hər şeyin vaxtı var, mənim səhnə həyatım da bu qədərdir”.

Mahnılara gəlincə isə “minik sərçə” vurğulayıb ki, bu sahədə fəaliyyətini davam etdirəcək: “Musiqi bitə bilməz. Əlbəttə ki, yeni mahnılar yazmağa davam edəcəyəm. İstedadlı insanlara bacardığım qədər kömək edəcəyəm. Yeni istedadlar kəşf edib, onlara şərait yaratmağa çalışacağam. Amma çox darıxsam ildə bir dəfə konsert verə bilərəm”.

Sezen Aksu onu da qeyd edib ki, kitab yazmağa hazırlaşır: “ Kitab yazmaq fikrim “yaşadıqlarımı danışsam roman olar” deyiminə döndü. Həyatımdakı hadisələrdən bəhs edən kitab yazacağam”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti