Seyidov və Mollazadə ABŞ-a gedir

Seyidov və Mollazadə ABŞ-a gedir
  27 Yanvar 2015    Oxunub:1639
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asim Mollazadə Amerika Birləşmiş Ştatlarında səfərdə olacaqlar.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, millət vəkilləri yanvarın 30-da Vaşinqton şəhərində keçiriləcək Atlantik Şuranın konfransında iştirak edəcəklər. Tədbirdə “Avropanın Şərqində transatlantik strategiyaya doğru” mövzusu ətrafında müzakirələr aparılacaq.

Toplantıda deputatlarımız məsələ barədə öz fikirlərini açıqlayacaqlar.

Səfər fevralın 4-də başa çatacaq.


Teqlər:





Xəbər lenti