Səyavuş Aslanın yubileyi keçiriləcək

Səyavuş Aslanın yubileyi keçiriləcək
  04 Avqust 2015    Oxunub:1887
Mədəniyyət və Turizm Nazirliyi 2015-ci ilin ikinci yarısında bir sıra yubiley gecələri təşkil edəcək.
AzVision.az qurumun saytına istinadən məlumat verir ki, nazirlik tərəfindən 2015-ci ilin ikinci yarısında bir sıra tanınmış incəsənət xadimlərinin yubiley gecələri təşkil olunacaq.

2015-ci ilin sentyabr ayında xalq artisti Səyavuş Aslanın 80 illiyinə həsr olunmuş yubiley gecəsi, oktyabr ayında xalq artisti, görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illiyinə həsr olunmuş yubiley tədbiri, xalq artisti, aktyor Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri, xalq artisti Ağakişi Kazımovun 80 illiyinə həsr olunmuş yubiley tədbiri, noyabr ayında isə görkəmli səhnə ustası Cahangir Zeynalovun 150 illiyinə həsr olunmuş yubiley tədbirinin keçirilməsi nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti