Sevinc Osmanqızı APA-ya keçdi

Sevinc Osmanqızı APA-ya keçdi
  18 Sentyabr 2014    Oxunub:7136
Bir neçə gün öncə ANS TV-dən ayrılan tanınmış jurnalist Sevinc Osmanqızı yenidən Azərbaycan mətbuatı ilə əməkdaşlıq etməyə başlayıb.
AzVision.az-ın məlumatına görə, xanım jurnalist APA informasiya agentliyinin Vaşinqton üzrə xüsusi müxbiri kimi fəaliyyətini davam etdirəcək.

Bu xəbəri AzVision.az-a “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı da təsdiqləyib. O, bildirib ki, agentlik artıq Sevinc Osmanqızı ilə əməkdaşlığa başlayıb:

“Sevinc Osmanqızı ilə əməkdaşlıq etməyə başladıq. Əgər gələcəkdə şərtlərimiz uyğun olarsa, onun şərtləri bizi qane edərsə, eləcə də bizim şərtlərimizlə o razılaşarsa Sevinc Osmanqızı tam ştatlı işçimiz olacaq”,-deyə V.Mahirqızı qeyd edib.

Qeyd edək ki, Sevinc Osmanqızı 2008-ci ildən ANS televiziyasında işləyib. ANS-in Vaşinqton bürosunun rəhbəri olmazdan əvvəl televiziyanın Xəbərlər Redaksiyasının Baş Redaktoru işləyib. ANS-da yayınlanan “Cümə Sevinc Osmanqızı ilə” ictimai-siyasi verilişin və “Açıq söhbət Sevinc Osmanqızı ilə” siyasi debat proqramının aparıcısı olub. Osmanqızı ANS-də çalışdığı illərdə Amerikanın “CNN” telekanalında Azərbaycana dair layihələri ilə də yadda qalıb.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti