Sevgilisi maşın almasın deyə oğurluq etdi

Sevgilisi maşın almasın deyə oğurluq etdi
  21 Dekabr 2014    Oxunub:2304
Gəncəli kişi özünə maşın almaq istəyən sevgilisini qarət etməklə ona mane olub.
AzVision.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Gəncə şəhər sakini Evelina Rumyanstsevanın yaşadığı ünvandan 17 min manat və 2900 ABŞ dolları nağd pul, eləcə də 4800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Zərərçəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan polis oğrunun kənar adam olmadığını üzə çıxarıb. Müəyyən edilib ki, həmin pulu və qızıl-zinət əşyalarını Evelina Rumyanstsevanın qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı İlqar Şərifov oğurlayıb.

Baş müstəntiq Samir Rüstəmov təqsirləndirilən şəxsin saxlanıldığını və saxlanılan İlqar Şərifov sevgilisinin evindən oğurluq etməsini etiraf edib.bildirdi: "Oğurladığı pulu və qiymətli əşyaları özünün yaşadığı Gəncə şəhəri Aydınbəyov küçəsində yerləşən avtomobil qarajında gizlədərək saxlayıb."

O bildirib ki, Evelina Rumyanstsevanın avtomobil almasına etiraz əlaməti olaraq bu yola əl atıb. Şərifov vəfasız məhəbbətindən də gileylənib: “Maşın almaq istəyirdi, mən qoymurdum. O niyyətlə götürdüm ki, ala bilməsin. Qorxurdum ki, maşınla kimisə vurub öldürər, uşağım yetim qalar. Sevmək Leyli və Məcnun vaxtında olurdu. Belə, uşağımın anası kimi hörmət qoyuram”.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində cinayət işi başlanılıb. İstintaq aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti