Səudiyyə Ərəbistanı Yəməni yenə bombalayacaq

Səudiyyə Ərəbistanı Yəməni yenə bombalayacaq
  31 Mart 2015    Oxunub:1834
Səudiyyə Ərəbistanı və koalisiya qüvvələri vəziyyət sabitləşənə kimi Yəmənə aviazərbələr endirmək niyyətindədir.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanı XİN rəhbəri, şahzadə Saud əl-Feysal bildirib.

“Biz hədəfə nail olmayana qədər Yeməndəki legitim hakimiyyəti qorumaq niyyətindəyik”, – deyə Feysal vurğulayıb.

Səudiyyə Ərəbistanı Yəmənə məxsus dəniz limanlarına girişi qadağa edib.
Ötən gün keçirilən əməliyyatlar nəticəsində Yəmən paytaxtı Sənada hava limanı fəaliyyətin dayandırıb, bundan əlavə ölkədə xeyli sayda ballistik raketlər də məhv edilib.

Qeyd edək ki, martın 26-da Səuddiyyə Ərəbistanı Yəməndə hərbi əməliyyatlara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti