Sərnişin avtobusu qəzaya düşdü: Ölən və yaralılar var

Sərnişin avtobusu qəzaya düşdü: Ölən və yaralılar var
  30 Avqust 2016    Oxunub:47832
Qəbələ Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu İsmayıllı rayonu ərazisində qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, sərnişin avtobusu evakuatorla toqquşub.

İlkin məlumatlara görə, 2 nəfər hadisə yerində keçinib. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hələlik ölən və yaralıların dəqiq sayı bilinmir.

***

İsmayıllı rayonunda baş verən avtomobil qəzasında ölənlərin adları məlum olub.

Bu gün saat 13:00 radələrində İsmayıllı-Muğanlı avtomobil yolunda, İsmayıllı Olimpiya İdman Kompleksinin qarşısında Qəbələdən Bakı istiqamətində hərəkətdə olan, Qəbələ sakini, 1963-cü il təvəllüdlü İlqar Məmmədovun idarə etdiyi 36-BH-329 dövlət nömrə nişanlı, “Ford” markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn, Bakı sakini, 1968-ci il təvəllüdlü Fikrət Osmanovun idarə etdiyi 12-HD-146 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı evakuator avtomobili ilə toqquşub.

Hadisə zamanı mikroavtobusun sərnişinləri - Qəbələ sakini, 1979-cu il təvəllüdlü Şəfiyeva Aybəniz Sabir qızı və Sumqayıt sakini, 1982-ci il təvəllüdlü Talıbova Xəyalə Sabir qızı hadisə yerində ölüb, Qəbələ sakini, 2006-cı il təvəllüdlü Paşayeva Həqiqət Vəfadar qızı, 2002-ci il təvəllüdlü İsmayılova Nuhalə Məsud qızı və evakuatorın sərnişini, Tovuz rayon sakini, 1982-ci il təvəllüdlü Musayev Fuad Şəmil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti