Sərhəddə ucu-bucağı görünməyən tıxac - FOTOLAR

Sərhəddə ucu-bucağı görünməyən tıxac - FOTOLAR
  27 İyul 2014    Oxunub:1037
Avtomobillərin ucu-bucağı görünmür.
Ötən gün saat 3-dən gecə saat 22-ə qədər Azərbaycanla Gürcüstan arasında yerləşən "Sınıq körpü" Sərhəd Buraxılış Məntəqəsində ucu-bucağı görünməyən növbə yaranıb.

AzVision.az xəzərxəbər-ə istinadən xəbər verir ki, iri yük maşınları, Gürcüstana, Türkiyəyə istirahətə gedənləri daşıyan avtobuslar, həmçinin öz şəxsi avtomobilləri ilə sərhədi keçməyə çalışan sürüclər 6-7 saat sərhəddə gözləmək məcburiyyətində qalıblar.



Uzunluğu 1km-dən də çox olan tıxac gözləyənləri hövsələdən çıxarıb. Günün isti saatlarında tıxaca düşən sakinlərə belə uzun növbələrin yaranmasının səbəbinə aydınlıq gətirən də olmayıb. Gözləməkdən yorulan vətəndaşlar bəzi sürücülərin növbədən kənar Gürcüstan tərəfə keçdiyini də dedilər. Qazax rayon 2-ci Şıxlı kəndi boyunca irəllədikcə rahat şəkildə görünən tıxacın səbəbini isə "Sınıq körpü" Sərhəd Buraxılış Məntəqəsindəndən şifahi olaraq istirahətə gedənlərin sayının çoxluğu ilə əlaqələndirdilər.



Buraxlış məntəqəsindən söz verdilər ki, təxminən 6-7 saatdır ki, yaranan bu cür vəziyyət saat 23-00-a qədər tam həll ediləcək.


Teqlər:





Xəbər lenti