Sənədsiz ev problemi necə həll olunacaq?

Sənədsiz ev problemi necə həll olunacaq?
  24 Yanvar 2017    Oxunub:2357
“Sənədsiz evlərin sənədləşdirilməsi üçün müvafiq müraciət edilməlidir. Qanunsuz tikililərlə bağlı sənədləşmə problemi bir il əvvəl Azərbaycan prezidenti tərəfindən imzalanmış fərmana əsasən tədricən öz həllini tapacaq”
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. Komitə sədri bildirib ki, bəzi evlər neft torpaqlarında tikilib:

“Bu məsələ ilə bağlı müxtəlif məqamlar var. Hər bir hal üzrə konkret həll variantı olacaq. Ümumiyyətlə, belə evlərin sənədləşdirilməsi üçün müxtəlif tələblər var və bu da fərmanda əksini tapıb. Məsələn, bu evlər tikiliməzdən öncə gərək layihəsi yerli icra hakimiyyəti ilə razılaşdırılmalı idi. Sürüşmə zonaları, fövqəladə vəziyyətlər ola bilər. Layihə razılaşdırılıbsa, həmin evlərin sənədləşdirilməsi fərmanda əksini tapıb. Yəni Azərbaycan prezidentinin fərmanında əksini tapan tələblərə uyğun olaraq sənədsiz evlərin sənədləşdirilməsi üçün müvafiq müraciət edilməlidir”.

Bakı və Abşeron yarımadasında əsasən bələdiyyələrin sərəncamı ilə qanunsuz ayrılmış torpaqlarda, qismən də özbaşına zəbt edilmiş torpaqlarda tikilən və müvafiq icra hakimiyyəti ilə tikinti layihəsi razılaşdırılmayan evlərə gəlincə, A. Rəhimzadə bu hallarda qanunvericiliyin tələblərinin pozulduğunu qeyd edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti