Səməd Səmədov Ramal Rəsulla oxuyacaq

Səməd Səmədov Ramal Rəsulla oxuyacaq
  25 Noyabr 2014    Oxunub:2261
Gənc müğənni Rəmal Rəsul xalq artisti Səməd Səmədovun `Qismət` qrupunda oxuyacaq. O, AzVision.az-a açıqlamasında bildirib ki, bu təklifi bəstəkar Tural Bakuvi irəli sürüb:

- Mənə təklif Səməd müəllimdən yox, Tural Bakuvidən gəldi. Turalın təklifini müsbət olaraq dəyərləndirdim və düşündüm ki, niyə də yox? Düşünürəm ki, bu iş birliyi mənim karyerama mənfi yox, müsbər təsir göstərəcək.

Ramal Rəsul onu da əlavə edib ki, qrupa yeni qoşulmasına baxmayaraq , qısa vaxt ərzində xeyli iş görüblər və böyük proyektlər, yeni mahnılar üzərində çalışırlar.

Xatırladaq ki, ötən gün mətbuatda yer alan məlumatlara görə, Xalq artisti Səməd Səmədov 15 illik duet ortağı Sevda Əliqızı ilə yollarını ayırıb. Ayrılığa səbəb isə Səməd Səmədovdan gəlib. Belə ki, S.Səmədov Sevda Əliqızı qocaldığı üçün onunla duet oxumaq istəmədiyini deyib.


Teqlər:  





Xəbər lenti