Səlim Müslümovun 3 ayda gördüyü İŞLƏR

Səlim Müslümovun 3 ayda gördüyü İŞLƏR
  17 Aprel 2014    Oxunub:930
Son 3 ayda ƏƏSMN-də 3544 nəfər vətəndaş fərdi qaydada qəbul olunaraq müraciətləri dinlənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, 2014-cü ilin ilk rübü ərzində nazirlikdə 3544 nəfər vətəndaş fərdi qaydada qəbul edilib. Eyni zamanda, bu dövrdə əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən nazirlikdə və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu qrafiklərinə uyğun olaraq, Lənkəran rayonunda, Sumqayıt və Şirvan şəhərlərində ümumilikdə 226 nəfər vətəndaş qəbul olunub.

Nazirlikdə qəbul olunan vətəndaşlardan 44 nəfərinin müraciəti nazir, digər vətəndaşların müraciətləri isə nazirliyin aidiyyatı rəhbər şəxsləri tərəfindən dinlənilib. Hər bir vətəndaşın müraciəti nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin və mütəxəssislərinin iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılaraq, konkret tədbirlər görülüb. Eyni zamanda, qəbullar zamanı ayrı-ayrı vətəndaşlar müraciətlərinə uyğun olaraq əlil arabaları və digər reabilitasiya avadanlıqları, sanator-kurort yollayışları və s. ilə təmin olunublar.

Müraciətlərdə barəsində haqlı narazılıq ifadə olunan əməkdaşlarla bağlı isə müvafiq araşdırmalar aparılıb və araşdırmaların nəticələri əsasında inzibati tədbirlər həyata keçirilib.

Sevinc


Teqlər:





Xəbər lenti