Səlim Müslümov vətəndaşlarla görüşəcək

Səlim Müslümov vətəndaşlarla görüşəcək
  23 Oktyabr 2014    Oxunub:1107
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov oktyabrın 31-də saat 10:00-da İsmayıllı rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.
AzVision.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşlar [email protected] elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (020) 285-12-94 (İsmayıllı rayon ƏSMM), (020) 274-12-21 (Göyçay rayon ƏSMM), (020) 265-33-13 (Şamaxı rayon ƏSMM), (020) 226-47-33 (Ağsu rayon ƏSMM), (020) 245-30-55 (Qobustan rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla İsmayıllı rayonuna aparılıb gətirilmələri təmin ediləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti