Selfi çəkdirmək istəyən oğlanı sel aparıb

Selfi çəkdirmək istəyən oğlanı sel aparıb
  20 Fevral 2017    Oxunub:2789
İranda sel fəlakətindən ciddi zərər görmüş bəndin fonunda selfi etmək istəyən şəxs həlak olub
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bədbəxt hadisə ölkənin cənub hissəsində yerləşən Ciruft şəhəri yaxınlığında baş verib.

Selfi çəkdirmək istəyən zaman İran vətəndaşını sel aparıb. Faktı yaxınlıqda olan “Qızıl Aypara” humanitar təşkilatının nümayəndələri də təsdiq edib. Selfi qurbanı olan şəxsin meyiti hələ tapılmayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti