Sel və daşqınlara hazır olun!

Sel və daşqınlara hazır olun!
  24 Oktyabr 2014    Oxunub:1615
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Ağstafa Rayon Mərkəzi Xəstəxanasında maarifləndirmə tədbiri keçirilib.
“Payız ayları zamanı təhlükəsizlik qaydaları” mövzusunda keçirilən tədbirin əsas məqsədi Mərkəzin xidməti ərazisində yaşayan əhalinin təbii və texnogen mənşəli fövqəladə hadisələr barədə xəbərdar edilməsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində aparılan işlərin gücləndirilməsi olub.

Çıxış edənlər bildiriblər ki, sel və daşqınların baş verdiyi bölgələrdə yaşayan insanlar bu hadisələrə əvvəlcədən hazırlıqlı olmalıdırlar.

Sonra “Daşqın təhlükəsi” adlı videoçarx və Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında film nümayiş etdirilib.


Teqlər:





Xəbər lenti