Sekuta Azərbaycandan gedir? - Səfirlikdən açıqlama

Sekuta Azərbaycandan gedir? - Səfirlikdən açıqlama
  06 Yanvar 2017    Oxunub:2925
ABŞ-ın Azərbaycandakı səfirliyi Robert Sekutanın səfir postundan geri çağırılacağı barədə məlumata münasibət bildirib.

Səfirlikdən AzVision.az-a verilən məlumata görə, ABŞ-ın xarici xidmətlər sahəsində uzun müddət yüksək səviyyədə çalışmış səfir Robert Sekutanın Azərbaycanda öz fəaliyyətini davam etməsi gözlənilir.

Məlumatda bildirilib ki, ABŞ prezidentini təmsil edən səfirlər prezidentin təyinatı əsasında çalışırlar.

Qeyd edək ki, “New-York Times” qəzetinin yaydığı məlumata görə, yeni seçilmiş prezident Donald Tramp andiçmə mərasimindən sonra xarici ölkələrdə fəaliyyət göstərən bütün ABŞ səfirlərini geri çağıracaq.

Məlumat üçün bildirək ki, Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-da keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti