Səhiyyə Nazirliyinə 897 müraciət daxil olub

Səhiyyə Nazirliyinə 897 müraciət daxil olub
  05 Fevral 2016    Oxunub:1678
Səhiyyə Nazirliyinin "Qaynar xətt" (9103) xidmətinə yanvar ayı ərzində 897 müraciət daxil olub. Onlardan 607-si sorğu, digərləri isə müraciət, şikayət və s. məsələlərlə əlaqədar olub.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, “Qaynar xətt” xidmətinin fəaliyyətini daha müasir müstəviyə keçirərək asan xidmət prinsipi ilə hər bir vətəndaşın müraciətinin yerində operativ həllinə yönələn Elektron Səhiyyə Mərkəzinə 2016-cı ilin yanvar ayında ümumilikdə 2691 müraciət daxil olub. Daxil olmuş müraciətlərin 1873-ü əsaslı sorğu, 538-i müalicə məsələləri, 42-ni müxtəlif səpkili müraciətlər təşkil edib.

Zəruri hallarda “Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətinə müraciətlər operatorlarla yanaşı, Səhiyyə Nazirliyinin rəhbər şəxsləri tərəfindən də cavablandırılıb.

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin gücləndirilməsi, dövlət təminatının yaxşılaşdırılması, yüksək səviyyədə təşkili, səhiyyə və tibb sahəsini əhatə edən idarə, müəssisə və təşkilatlarla vətəndaşların operativ qaydada əlaqələndirilməsini təmin edən “Qaynar Xətt” və “Elektron Səhiyyə” Mərkəzinə daxil olmuş müraciətlər hər iki xidmətin mütəxəssisləri tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti