Səhiyyə Nazirliyində yeni sədr təyinatı

Səhiyyə Nazirliyində yeni sədr təyinatı
  05 Fevral 2016    Oxunub:3246
Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına yeni sədr təyin olunub.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Komissiya sədri Leyla Rzaquliyeva vəzifəsindən azad olunub. Bu vəzifəyə Respublika Perinatal Mərkəzin baş həkimi Sevinc Məmmədova təyin olunub.

Komissiyanın keçmiş sədri Leyla Rzaquliyeva müvafiq qərarla Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri vəzifəsinə təyin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti