Səfir Bakıda butulka yığdı - FOTOLAR

Səfir Bakıda butulka yığdı - FOTOLAR
  28 Aprel 2015    Oxunub:13155
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta bu dəfə ictimai fəaliyyəti ilə gündəmə gəlib.
AzVision.az xəbər verir ki, Bakıda "Yer günü"nə həsr olunmuş tədbirlər çərçivəsində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta çimərlik təmizləyib. Təmizlik aksiyası Bakının yaxınlığındakı çimərliklərin birində olub. Keçirilən tədbirdə səfirlə yanaşı mübadilə proqramlarının bəzi məzunları da iştirak edib.

Xatırladaq ki, bir müddət əvvəl Robert Sekuta Kürdəmirdə Müdafiə Nazirliyinin pilotları və peşəkarları ilə görüşüb. Səfir bazanın komandiri ilə birlikdə uçuş simulyatorunda öz pilot bacarığını yoxlayıb, pilot kabinəsindən SU-25 təyyarəsi barədə məlumat alıb.







AzVision.az


Teqlər:  





Xəbər lenti