Seçkilərinin vaxtı açıqlandı - 23 dekabr

Seçkilərinin vaxtı açıqlandı - 23 dekabr
  21 Oktyabr 2014    Oxunub:2508
Azərbaycanda növbəti bələdiyyə seçkilərin keçirilməsi vaxtı müəyyən olunub. AzVision.az xəbər verir ki, növbəti bələdiyyə seçkiləri dekabr ayının 23-də keçiriləcək. Bu barədə məlumat bu gün Mərkəzi Seçki Komissiyasının keçirilən iclasında qəbul olunub.

MSK sədri M.Pənahov çıxışı zamanı bildirib ki, bələdiyyə üzvlərinin səlahiyyəti dekabrın 23-də başa çatır və növbəti seçkilər təyin edilməlidir. MSK sədri qeyd edib ki, bələdiyyə seçkilərinin keçirilməsi üçün dekabrın 23-ü ən məqbul vaxtdır.

Həmçinin komissiya Təqvim Planının təsdiq edilməsi barədə də qərar qəbul edib. Belə ki, seçki bülletenlərin hazırlanması dekabrın 13-dək həyata keçiriləcək. Bələdiyyə seçkiləri barədə ilkin məlumatlar dekabrın 23-də saat 10:00 və 12:00-da veriləcək. Bələdiyyə seçkilərinin nəticələrinin elan edilməsi prosesi 2015-ci yanvarın 17-dək başa çatmalıdır.

Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir. Qanunla seçki səsvermə gününə azı 60 gün qalmış elan olunmalıdır. Azərbaycanda son bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib. Bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Onların səlahiyyət müddəti 5 ildir.

Anar



Teqlər:  





Xəbər lenti