Saxta sənədlə Azərbaycana keçənlər tutulub

Saxta sənədlə Azərbaycana keçənlər tutulub
  12 Fevral 2016    Oxunub:1209
Azərbaycan dövlət sərhədini saxta sənədlərlə keçmək istəyən əcnəbilər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzVision.az- a verilən məlumata görə, fevralın 9-da həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 332 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkə­mizə gələn Qana vətəndaşları Mketiab Xoster, Obeng Riogkson, Paky Esmond Ohene və Boateng Frangiz Atta saxta elektron viza təqdim etdikləri üçün saxlanılıblar.

Onlar müvafiq araşdırma aparıldıqdan sonra 10 fevral 2016-cı il tarixdə “Bakı-İstanbul” reysi ilə geri qaytarılıblar.


Teqlər:  





Xəbər lenti