Saxta məktəbli geyimlərinin satışının qarşısı alınıb

Saxta məktəbli geyimlərinin satışının qarşısı alınıb
  03 Sentyabr 2015    Oxunub:1924
Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, mənzil 70 ünvanında fəaliyyət göstərən fiziki şəxs Vüqar Rzayevə məxsus mağazada digər sahibkarlıq subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AzVision.az-a verilən məlumata görə,mağazada “Bakı Tikiş Evi” ASC-yə məxsus “BTE” və “BTE Apparel” əmtəə nişanlarından qanunsuz istifadə edilməklə istehsal olunmuş saxta məktəbli geyimlərinin satışının həyata keçirildiyi aşkarlanmış və həmin mallar ticarət dövriyyəsindən çıxarılıb.

Yol verilmiş qanun pozuntusu ilə əlaqədar fiziki şəxs V.Rzayev barəsində qanunamüvafiq tədbirlər görülür.

AzVision.az


Teqlər:





Xəbər lenti