Satışda yararsız məhsullar aşkar edilib

Satışda yararsız məhsullar aşkar edilib
  07 İyul 2015    Oxunub:2050
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqlər aparıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Binəqədi, Sabunçu, Nizami rayonlarında, eləcə də Sumqayıt, Sabirabad, Zərdab, Xaçmaz, Gədəbəy, Kürdəmir, Siyəzən, Göygöldə mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


Teqlər:  





Xəbər lenti