Sarkozi yenidən siyasətə qayıdır

Sarkozi yenidən siyasətə qayıdır
  20 Sentyabr 2014    Oxunub:1212
Fransanın keçmiş prezidenti Nikola Sarkozi yenidən aktiv siyasi fəaliyyətə başlayacağını açıqlayıb.
AzVision.az xəbər verir ki, Xalq Hərəkatı Birliyi Partiyasının (UMP) oktyabrın 29-da keçiriləcək konqresində partiya sədrliyinə namizəd olacaq.

59 yaşlı siyasətçi son seçkilərdə Fransua Ollanda məğlub olanda siyasi fəaliyyətini dayandırmış və xalqına fərqli cür xidmət edəcəyini açıqlamışdı.

Sarkozinin bu qərarı həm partiyada, həm də Fransada siyasi gündəmdə əsas mövzuya çevrilmişdi.

UMP sədrliyinə namizədlərdən biri olan Alain Juppe bildirib ki, Sakrozinin də namizədliyini açıqlaması rəqabəti artıracaq.

Onu da qeyd edək ki, Nikola Sarkozi ilə yaxın olan keçmiş prezident Jak Şirakın həyat yodlaşı Bernard Şirak Sakrozinin qərarının düzgün olmadığını deyib. O hesab edir ki, Sarkozinin yenidən siyasi fəaliyyətə qatılması doğru addım deyil.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti