Sarkozi seçkilərdə Ollanda qalib gəldi

Sarkozi seçkilərdə Ollanda qalib gəldi
  30 Mart 2015    Oxunub:2234
Fransanın sabiq prezidenti Nikola Sarkozinin rəhbərlik etdiyi “Xalq Hərəkatı” birliyi və onun tərəfdaşları ölkədə keçirilən regional seçkilərdə qalib gəlib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Sarkozinin tərəfdaşları 66-70 regionda qalib gəlib.

Fransada hakim “Sosialist” partiyası regionlarda liderliyi itirib. Fransada yerli orqanlara keçirilən seçkilərdə Ollandın partiyası cəmi 30 departamentdə qalib gəlib.

Qeyd edək ki, daha əvvəlki seçkilərdə Ollandın partiyası 61 regionda qalib gəlmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti