Sarkisyandan Şotlandiyadakı referenduma reaksiya

Sarkisyandan Şotlandiyadakı referenduma reaksiya
  20 Sentyabr 2014    Oxunub:1448
Ermənistan prezidenti Ser Sarkisyan Şotlandiyada müstəqillik uğrunda keçirilən referenduma öz münasibətini bildirib. Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Erməni prezident bildirib ki, Şotlandiyadakı referendumun nəticələrinə baxmayaraq, şotland xalqı öz taleyini müəyyənləşdirmək hüququ əldə edib: “Daha bir xalq müstəqil şəkildə öz gələcəyini müəyyənləşdirdi. Referendumun nəticələri sadədir və şotland xalqıpnın kollektiv qərarına hörmətlə yanaşılmalıdır. Böyük Britaniya hökumətinin referendum barədə qərarına hörmətlə yanaşıram. Çünki onlar bu məsələni demokratik yolla həll etdilər”.

Qeyd edək ki, sentyabrın 18-də Şotlandiya müstəqilliklə bağlı referendum keçirilib. Nəticələrə əsasən ölkə üzrə 45 faiz müstəqilliyin lehinə, 55 faiz əleyhinə səs verib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti