Sarkisyana etiraz edən erməni ağzını tikdi

Sarkisyana etiraz edən erməni ağzını tikdi
  07 İyul 2015    Oxunub:11205
Ermənistanın paytaxtı Yerevanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxış edən etirazçılardan biri ağzını tikib.

AzVision.az xəbər verir ki, bu barədə “İnterfax” agentliyinə aclıq aksiyası edən digər iştirakçı David Sanasaryan bildirib.

Qeyd edək ki, Ermənistan polisi Yerevanın mərkəzində yerləşən Baqramyan prospektini etirazçılardan təmizləyib. Mitinqin dağıdılması nəticəsində 46 nəfər saxlanılıb.

İyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirdilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti