Sarkisyan tutdurduğu generalı azad etdi

Sarkisyan tutdurduğu generalı azad etdi
  29 İyun 2016    Oxunub:1676
Ermənistanda vəzifəsindən sui-istifadə etməkdə ittiham olunan general – mayor Mels Çilinqaryan barəsində seçilmiş həbs qətimkan qərarı dəyişdirilib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, iyunun 28-də onun səhhətində yaranan problemlə əlaqədar azadlığa buraxılması barədə qərar qəbul edilib.

Ermənistan Silahlı Qüvvələrinin sabiq silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilinqaryan, silahlı qüvvələrin maddi-texniki departamentinin şöbə rəisi, polkovnik Mqer Papyan və polkovnik Armen Markaryan iyunun 3-ü həbs olunmuşdu.

Qeyd olunur ki, adıçəkilən şəxslər vəzifələrindən sui-istifadə edərək müxtəlif malları bazar qiymətlərindən baha əldə edib, bir neçə hallarda isə tələb olunmayan mallar alıblar.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti