Sarkisyan çətin seçim qarşısında – Nalbandyan, yoxsa Ohanyan?

Sarkisyan çətin seçim qarşısında – Nalbandyan, yoxsa Ohanyan?
  27 Sentyabr 2016    Oxunub:2168
Ermənistan hakimiyyəti xarici siyasət sahəsində balans yaratmağa çalışır.
AzVision.az “Aykakan Jamanak”-a istinadən xəbər verir ki, bu məqsədlə hakimiyyət iki əhəmiyyətli nazirlik hesab olunan Xarici İşlər Nazirliyi və ya Müdafiə Nazirliyinə Rusiya təsiri altında olmayan naziri təyin etmək niyyətindədir.

Hazırda hər iki quruma rəhbərlik edən şəxslər Rusiyanın adamları hesab olunur.

Erməni KİV-ləri yazır ki, yaxın vaxtlarda Ermənistan Prezident Aparatının rəhbəri Viqen Sarqisyan müdafiə naziri təyin olunacaq.

Daha əvvəl isə Sarqisyanın xarici işlər naziri təyin olunacağına dair söz-söhbətlər gəzirdi. Hakimiyyət dairələrində yayılan şayiələrə əsasən Edvard Nalbandyan Rusiyanın təsiri ilə yenidən XİN rəhbəri təyin olunacaq və indi Serj Sarkisyan Rusiyanın təsiri altında olmayan Viqen Sarqsyanı müdafiə naziri təyin etmək istəyir.

KİV Ohanyanın da Rusiyanın təsiri ilə yenidən müdafiə naziri təyin olunacağı variantını istisna etməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti