Sarkisyan aprel döyüşlərinə görə Rioya gedir

Sarkisyan aprel döyüşlərinə görə Rioya gedir
  26 İyul 2016    Oxunub:2948
Ermənistan prezidenti Serj Sarkisyanın Rio-da-Janeyroda keçiriləcək yay Olimpiya oyunlarının açılışına gedəcəyi gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “İrates de facto” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, erməni siyasətçi, Ermənistan Milli Olimpiya Komitəsinin rəhbəri Qaqik Çarukyan və Serj Sarkisyan avqustun 5-də birlikdə Rioya gedəcəklər. Onlar səfər üçün xüsusi təyyarə sifariş veriblər. Belə ki, onlar bir neçə gündən sonra həmin təyyarə ilə Ermənistana qayıtmalı olacaqlar.

“Sarkisyanın Rioya səfərinin əsas məqsədi aprel döyüşlərindən sonra Ermənistanda vəziyyətin normal olduğunu göstərməkdir. O, həmçinin bir sıra dünya liderləri görüşərək müəyyən məsələlər ətrafında müzakirə aparmaq niyyətindədir.

İndi Ermənistanda vəziyyətin bu qədər gərgin olduğu vaxtda çoxları hesab edir ki, Serj Sarkisyanın Rioya səfər ehtimalı olduqca azdır. Vəziyyətdən xəbərdar olan şəxslər iddia edir ki, İrəvanda polis bölməsinin tutulması ilə bağlı vəziyyət öz həllini tapacaq və Sarkisyan Rio-ya gedəcək”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti