Sarkisyan Papanı lavaş və əriklə qarşıladı - VİDEO

Sarkisyan Papanı lavaş və əriklə qarşıladı - VİDEO
  24 İyun 2016    Oxunub:10389
Roma Papası Fransisk iyunun 24-də Ermənistana səfəri başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Hava limanında Papanın qarşılanma mərasimi keçirilib. Ənənəvi olaraq Ermənistan tərəfi Roma Papasına lavaş və ərik hədiyyə edib.

Məlumata əsasən Roma Papası Fransisk Serj Sarkisyan, erməni katolikosu II Qaragen və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.



Roma Papası Fransisk ümumilikdə üç gün Ermənistanda səfərdə olacaq və iyunun 26-da səfəri başa çatacaq.



Qeyd edək ki, Roma Papası 30 sentyabr- 2 oktyabr tarixlərində Azərbaycan və Gürcüstana gələcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti