Sarı zolaqlar nə vaxt ləğv olunacaq? - DYP-dən cavab

Sarı zolaqlar nə vaxt ləğv olunacaq? - DYP-dən cavab
  30 İyun 2015    Oxunub:18160
“Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan “Sarı zolaq”da digər avtomobillərin hərəkətinə qoyulan qadağa iyulun 1-dək nəzərdə tutulub”.

Bunu AzVision.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar qəbul edəcək.
“Hazırda Nazirlər Kabinetinin müvafiq qərarını gözləyirik. Yeniliklər qəbul ediləcək qərardan aslıdır. “Sarı zolaq”da hərəkət məsələsi iyul ayının birinə qədər nəzərdə tutulub. Bu inzibati məsuliyyət yaradır. Eyni zamanda yük maşınlarının hərəkəti əvvəlcədən verdiyimiz elan əsasında tənzimlənir. Yəni strateji əhəmiyyətli yüklər, ərzaq, yanacaq, dərman peraparatlarının daşınması nəzərdə tutulub. İndiyə olan göstəriş budur”.

Qeyd edək ki, paytaxtda müəyyən edilən yollarda sarı rəngdə I Avropa Oyunlarının loqosunun əks olunduğu “Oyunlar zolağı” çəkilib, eyni zamanda, həmin zolaqlar üzrə hərəkəti qadağan edən müvafiq 3.2 yol nişanları quraşdırılıb.

Mayın 29-dan etibarən I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərini pozan sürücülərə 40 manat məbləğində cərimə tətbiq olunur.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti