Samuxdakı qəzada ölənlərin sayı beşə çatdı

Samuxdakı qəzada ölənlərin sayı beşə çatdı
  31 İyul 2015    Oxunub:2798
Ölən və yaralananlar bir ailənin üzvüdür


Samux rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin sayı 5-ə çatıb. AzVision.az xəbər verir ki, Gəncə Təcili Tibbi Yardım Stansiyasından APA-nın qərb bürosuna verilən məlumata görə, stansiyaya çatdırılanlardan biri orada keçinib.

Artıq ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşib:

Ölənlər şəxslər bunlardır:

Zöhrab Məmmədov (sürücü)
Maral İsmayılova
Hicran İsmayılova
Kafya İsmayılova
Məleykə Həsənova (azyaşlı)


Bundan başqa, Fatimə Məmmədova (3 yaş), Namilə İsmayılova, Rəqsanə Məmmədova, Zöhrə Məmmədova ağır, Sənan Hüseynov (10 yaş), Yusif Verdiyev (2 yaş) isə yüngül bədən xəsarətləri alıblar.

Ölən və yaralananların bir ailənin üzvü olduqları, yaxınlarının yas mərasimindən qayıtdıqları bildirilir.


Teqlər:  





Xəbər lenti