Sabunçuda ev yanıb

Sabunçuda ev yanıb
  06 Fevral 2016    Oxunub:1482
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 12 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yanğın kəşfiyyatı zamanı bir nəfərin meyiti aşkar olunub.

Yanğından evin qalan hissəsi mühafizə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti