Sabir Rüstəmxanlı məmur övladlarını müdafiə etdi

Sabir Rüstəmxanlı məmur övladlarını müdafiə etdi
  24 Aprel 2014    Oxunub:1149
“Mən Elton Məmmədovun uşaqlarını tanıyıram. Onlar çox abırlı və öz yerlərini bilən uşaqlardır”.
Bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı son günlər dəbdəbəli həyatları ilə gündəmə gələn məmur övladlarının qanunları pozması barədə mətbuatda gedən xəbərlərə münasibət bildirərkən deyib.

Sabir Rüstəmxanlının sözlərinə görə, Elton Məmmədovun övladlarını qudurğan saymaq qətiyyən, doğru deyil. Millət vəkili hesab edir ki, məmur övladı bir iş görən kimi bu barədə yazılır, amma sıravi vətəndaşın övladı bu qanunsuzluğu edəndə adi qarşılanır.

- Hamımız bu ölkənin vətəndaşıyıq və hamı da qanun qarşısında bərabərdir. Onu da qeyd edim ki, çox vaxt məmur övladları barəsində mətbuata bu cür məlumatların sızdırılmasında oliqarxlar arasında gizli savaşın təsiri olur,- deyə o, aktual.az-a bildirib.


Teqlər:





Xəbər lenti