Sabiq nazir prezidentə qarşı partiya yaradır

Sabiq nazir prezidentə qarşı partiya yaradır
  29 Avqust 2015    Oxunub:2592
Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan yeni siyasi partiya yaradır.
AzVision.az bu barədə Ermənistanın `Aykakan Jamanak` qəzetinə istinadən xəbər verir.

`Vardan Oskanyanın partiya yarada bilməməsi haqqında şayiələrə baxmayaraq, ötən gün redaksiyamıza onun yeni partiyasını elan edəcəyinə dair məlumat daxil olub`, - deyə qəzet yazır.

Xatırladaq ki, daha əvvəl Vardan Oskanyanın `Çiçəklənən Ermənistan` fraksiyasının müstəqil deputatı Vaqe Ovannisyanla birgə partiya yaradacağı bildirilirdi. Lakin sonradan onların bu iş birliyi pozulub.

Qeyd edək ki, Vardan Oskanyan 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri vəzifəsində çalışıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti