Sabiq məşqçinin anım tədbiri keçiriləcək

Sabiq məşqçinin anım tədbiri keçiriləcək
  28 May 2015    Oxunub:1519
Azərbaycan milli komandasının və "Neftçi" klubunun sabiq baş məşqçisi Əhməd Ələsgərovun anım tədbiri keçiriləcək.
AzVision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir mayın 29-da federasiyanın inzibati binasında olacaq. Tədbirdə futbol ictimaiyyətinin nümayəndələri, futbol veteranları və mətbuat təmsilçiləri iştirak edəcək.

Qeyd edək ki, Əhməd Ələsgərov bu il mayın 19-da Ukraynanın Odessa şəhərində dünyasını dəyişib.

AzVision.az


Teqlər:  





Xəbər lenti