Sabiq icra başçısı mandata görə satıcı ilə mübarizə aparacaq

Sabiq icra başçısı mandata görə satıcı ilə mübarizə aparacaq
  06 Oktyabr 2015    Oxunub:12845
Azərbaycanda mağazada satıcı işləyən şəxs deputatlığa namizəd olub. AzVision.az-ın məlumatına görə, təssərüfat malları mağazasında satıcı işləyən bitərəf Xəlilov Rövşən Nemət oğlu öz təşəbbüsü ilə 109 Saylı Balakən Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Qeyd edək ki, 109 saylı DSK tərəfindən R. Xəliovun namizədliyinin qeydə alınması ilə o Yeni Azərbaycan Partiyasının namizədi Nəsib Məhəməliyevə rəqib olub. Əlavə edək ki, N. Məhəməliyev Balakən (2000-2006) və Nəsimi (20056-2015) Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Hazırda müvəqqəti işsizdir.

Xatırladaq ki, Azərbaycanda Milli Məclisə növbəti seçki bu ilin noyabrın 1-də keçiriləcək.



Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti