Sabahın havası

Sabahın havası
  16 Aprel 2014    Oxunub:1025
Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Gündüz cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-11, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində aprelin 17-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək caxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlıq ərazilərdə gecə 2-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.


Teqlər:  





Xəbər lenti