Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  26 İyul 2016    Oxunub:1554
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, iyulun 27-də paytaxt və yarımadada şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 27-32, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 27-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti