Sabahin hava proqnozu

Sabahin hava proqnozu
  29 Avqust 2015    Oxunub:1500
Bakıda və Abşeron yarımadasında avqustun 30-da havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək. Əsən qərb güləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Temperatur gecə 19-22, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti