Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  30 Oktyabr 2014    Oxunub:1176
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 9-12, gündüz 13-16 dərəcə olacaq.

Rayonlarda da gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Aran rayonlarında temperatur gecə 6-11 dərəcə, gündüz 12-17 dərəcə, dağlıq ərazilərdə gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti