Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  20 Sentyabr 2014    Oxunub:1480
İstirahət günü paytaxtda 25 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-20, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sentyabrın 21-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti