Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  30 İyul 2014    Oxunub:702
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 31-də Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim cənub şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.

Bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çağacağı və qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəsək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq.

Dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti