Sabahdan hava sərin olacaq

Sabahdan hava sərin olacaq
  20 Avqust 2014    Oxunub:1870
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, avqustun 21-dən sonra Bakı və Abşeron yarımadasında havanın temperaturu ötən günlərlə müqayisədə 4-5 dərəcə enəcək və iqlim normasına yaxınlaşacaq.

Avqustun 24-dək Bakı və Abşeron yarımadasında havanın temperaturu gündüz 32-35 dərəcədən yüksək olmayacaq. Eyni zamanda şimal küləyi güclənəcək.

Avqustun 21-i, 22-si, 23-ü əsasən gecə və səhər saatlarında şimal küləyi artacaq, küləyin gücü saniyədə 15-20 metr, bəzi ərazilərdə isə 25 metr olacaq.







Teqlər:  





Xəbər lenti